Hadisə
İrandan Azərbaycana narkotik gətirənlər tutuldu
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.
DSX-nın Mətbuat Mərkəzindən Publika.az-a verilən məlumata görə, 2018-ci ilin 17 mart tarixində DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində külli miqdarda narkotik vasitəsinin ölkə ərazisinə qanunsuz yolla gətirilməsinin qarşısı alınıb.
Martın 17-də saat 19:50 radələrində Horadiz sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 nəfər şəxs sərhəd naryadı tərəfindən müşahidə olunub.
Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucusu geriyə qaçmağa cəhd göstərmiş, havaya xəbərdarlıq atəşi açıldıqdan sonra saxlanılıb.
Sərhəd pozucusunun üzərinə baxış keçirilərkən 2 bağlamada 25 kq 500 qram narkotik vasitəyə oxşar maddə, 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd bıçaq aşkar olunub.
Sərhəd pozucusunun Saatlı rayonunun sakini 1991-ci il təvəllüdlü Hüseynov Əsgər Soltanəli oğlu olması, onun 14 mart tarixində Biləsuvar SNM-dən keçməklə İran İslam Respublikasına getməsi müəyyən edilib.
Təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində narkotik vasitələrin qaçaqmalçılığında iştirakda şübhəli olan daha 3 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyəti müəyyən edilib və barələrində axtarış elan olunub.
Martın 19-da həmin şəxslərdən biri – Füzuli rayonu Böyük Bəhmənli kənd sakini, 1973-cü il təvəllüdlü Məmmədov İlham Elman oğlu şübhəli şəxs qismində saxlanılıb.
Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
-
Nəqliyyat19:12
Daha bir nazirlik sürücülərə XƏBƏRDARLIQ ETDİ - YENİLƏNDİ
-
Magazin118:48
“Avtobusa minməyə pulum yox idi” - VİDEO
-
Ekopublika.az17:10
Pomidor və xiyarın qiyməti niyə əl yandırır? - ARAŞDIRMA
-
Hadisə16:40
Bakıda restoranda YANĞIN: 3 nəfər tüstüdən zəhərləndi
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO