Cəlilabadda ana doğuşdan sonra öldü
Bizi izləyin

Hadisə

Cəlilabadda ana doğuşdan sonra öldü

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində qadın doğuşdan sonra ölüb.

Rayonun Privolnoye kənd sakini, 1983-cü il təvəllüdlü Vəfa Ramazan qızı Yusubova qız övladını dünyaya gətirdikdən sonra vəfat edib.

V.Yusubovanın meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm