Hadisə
Silsilə oğurluq edən qohumlar saxlanıldı
Mayın 4-də Qəbələ rayon sakini Tərlan Yusifov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Zarağan kəndində yerləşən ona məxsus mağazadan ümumi dəyəri 300 manat olan müxtəlif əşyaların oğurlanması barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən xəbərə görə, məlumatla əlaqədar Qəbələ RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qohumlar rayonun Soltannuxa kənd sakinləri Bəxtiyar və Rizvan Süleymanov, eləcə də əvvəllər də məhkum olunmuş Maxsud Süleymanov saxlanılıblar. Ətraflarında aparılan araşdırmalar nəticəsində onların digər oğurluq əməllərinin də üstü açılıb. Belə ki, saxlanılan şəxslər may ayının 4-də gecə saatlarında Elçin Ədilova məxsus rayonun Zarağan kəndində yerləşən mağazadan pul, tütün məmulatları, müxtəlif enerji içkiləri və digər əşyaların, eləcə də həmin gün eyni kənddə Mənsur Davudova məxsus anbarın qapısını sındıraraq qanunsuz şəkildə ora daxil olduqları və oğurluğa cəhd etdikləri müəyyən edilib. Dindirilmə zamanı onlar törətdikləri cinayət əməlini etiraf ediblər.
Faktla bağlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu