Hadisə
Xoşqədəmin verilişində üzə çıxan qətllə bağlı yeni FAKTLAR - FOTO
Bakıda Qazaxıstan vətəndaşı olan qadının qətlə yetirilərək meyitinin qamışlıq sahəyə atılması hadisəsi ilə bağlı yeni faktlar üzə çıxıb.
Publika.az-ın lent.az-a istinadən verdiyi məlumata görə, Oğuz
rayon sakini, 1989-cu il təvəllüdlü Yusifov Yolçu Adışirin oğlunun
1985-ci Bakıya gətirdiyi 1989-cu il təvəllüdlü Atsubayeva Ayqul
Almaz qızını qətlə yetirməsi və daha sonra polis idarəsindən özünü
pəncərədən ataraq intihar etməsi faktı ilə bağlı bir nəfər
saxlanılıb. Belə ki, Y.Yusifovun qayını, 1984-cü il təvəllüdlü
Famil Osmanov Cinayət Məcəlləsinin 307-ci (cinayət barəsində xəbər
verməmə) maddəsi ilə şübhəli bilinərək saxlanılıb.
Qətl hadisəsinin istintaqı Sabunçu Rayon Prokurorluğunda araşdırma
aparılır. Bildirilir ki, 3 uşaq atası olan Y.Yolçuyev qazaxıstanlı
qızla internetdə tanış olub və daha sonra onunla görüşmək üçün
Qazaxıstana gedib. Onlar Azərbaycana bir yerdə gəliblər.
Aeroportdan çıxandan sonra 29 yaşlı Yolçu taksi ilə Ayqul
Atsubayevanı Pirşağı qəsəbəsinə gətirib. O, qızı aldadaraq burada
qalacaqlarını deyib. Lakin qamışlıq sahəyə çatan kimi 34 yaşlı
Ayqulu boğaraq öldürüb.
Qətl törədən Y.Yolçuyev daha sonra qaynının evinə gedib və belə bir
cinayət törətdiyini deyib. Famil Osmanovun dediyinə görə,
yeznəsinin belə bir hərəkət edəcəyinə inanmayıb və buna görə polisə
məlumat verməyib.
Artıq A.Atsubayevanın meyiti ekspertizadan keçirilib və ailəsinə
təhvil verilib.
Y.Yolçuyevin özünü öldürməsi hadisəsi ilə bağlı isə Xəzər Rayon
Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (qəsdən adam öldürmə)
maddəsi ilə iş başlanılıb. Belə ki, 34 yaşlı Qazaxıstan vətəndaşı
ilə bağlı son məlumat Bakıda aeroportda əldə edildiyindən
Y.Yolçuyev Binə qəsəbəsindəki Hava Nəqliyyatında Polis İdarəsinə
çağırılıb və burada cinayətinin üstü açılınca özünü pəncərədən
atıb.
Bildirilir ki, öldürülən qadın hamilə olub.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu