Astarada həmkəndlilər bir-birini bıçaqladı
Bizi izləyin

Hadisə

Astarada həmkəndlilər bir-birini bıçaqladı

Astarada həmkəndlilər bir-birini bıçaqlayıb.

Hadisə Seləkəran kəndində baş verib. Belə ki, əvvəlcə spirtli içki qəbul edən 1950-ci il təvəllüdlü Ramiz İsmayıl oğlu Yaqubovla, 1977-ci il təvəllüdlü Ramin İman oğlu Həsənov arasında mübahisə düşüb. Sonda baş verən dava zamanı isə həmkəndlilər bir-birini bıçaqlayıb.

Hər iki yaralı əvvəlcə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətləri ağır olduğundan Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilərək lazimi tədbirlər görüldükdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.

R. Yaqubovun ömrünün 25 ilini həbsdə keçirdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır. (APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm