Bakıda sürücü gənc qızı vuraraq hadisə yerindən qaçdı
Bizi izləyin

Hadisə

Bakıda sürücü gənc qızı vuraraq hadisə yerindən qaçdı

Bakıda gənc qızı vuran avtomobil sürücüsü hadisə yerindən qaçıb.

Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.

Binə qəsəbəsində yolu keçmək istəyən 1997-ci il təvəllüdlü Dadaşova Zəhranı "Jeep" markalı avtomobil vurub. Z.Dadaşova hadisə zamanı ağır kəllə-beyin travması alıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb. O, faktla bağlı axtarışdadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm