Mingəçevirdə ağır yol qəzası: 3 yaralı, 1 ölü
Bizi izləyin

Hadisə

Mingəçevirdə ağır yol qəzası: 3 yaralı, 1 ölü

Mingəçevirdə piyadaların vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə bayraq meydanında baş verib. Belə ki, “Mercedes” markalı maşın yolu keçmək istəyən 4 piyadanı vurub. Yaralılar xəstəxanaya çatdırılıb.

Yaralı piyadalardan biri - 1986-cı il təvəllüdlü şəhər sakini Hüseynova Gülnar Zülfüqar qızının həyatını həkimlərin səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb. O xəstəxanada dünyasını dəyişib.

Digər yaralıların Nəsibova Labidə Zülfüqar qızı, Nəsibov Zülfüqar Rəmzi oğlu və Hüseynova Mələk Pərviz qızı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır (Report).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm