Qəbələyə gedən turistlər qəzaya düşüb
Bizi izləyin

Hadisə

Qəbələyə gedən turistlər qəzaya düşüb

Bakı-Oğuz yolunda pakistanlıları aparan "Mercedes Vito" mikroavtobusu qəzaya uğrayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, hadisə Qəbələ rayonu ərazisində baş verib. Turistlər Şəkidən Qəbələyə gedirlərmiş.

Qələbə Rayon Mərkəzi Xəstəxanasının həkimləri tərəfindən 3 nəfərə ambulator yardım göstərilib. 1 nəfər isə Qəbələ Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun tezliklə buraxılacağı bildirilir.

"Mercedes Vito"da olan 5 sərnişin bir ailənin üzvü olub. (Trend

Oxumağa davam et
Reklam
Reklam

Gündəm