Hadisə
Azərbaycanda toydan sonra GÖRÜLMƏMİŞ HADİSƏ: ikinci qardaş da eyni yerdə, eyni şəkildə öldü
Dünən gecə saatlarında Zaqatalada baş vermiş dəhşətli yol qəzası ilə bağlı təfərrüatlar üzə çıxıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, axşam, saat 22 radələrində Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun Danaçı kəndi ərazisindən keçən hissəsində idarə etdiyi “Lada Priora” markalı avtomobili işıq dirəyinə vuran Kahayev Emil Şamil oğlu hadisə vaxtı sərxoş vəziyyətdə olub. Belə ki, 29 yaşlı Emil rayon ərazisindəki “Aysel” şadlıq sarayında qohumunun toy mərasimində iştirak edib. O, toydan sonra içkili vəziyyətdə sükan arxasına əyləşərək yaşadığı Aşağı Çardaqlar kəndinə getmək istəyib. Qohumlarının gənc oğlana mane olmağa, onun sərxoş olması səbəbindən maşın sürməməsini demələrinə baxmayaraq Emil həmkəndlisi, 21 yaşlı Amid Şabanovla yola çıxıb. Bir qədər keçəndən sonra o, Danaçı kəndi ərazisində maşını sürətlə işıq dirəyinə vurub və hadisə yerindəcə keçinib. 21 yaşlı Amid isə xəstəxanada vəfat edib.
Bildirilir ki, vəfat edən Amid Şabanov subay, Emil Kahayev isə ailəli olub. Onun iki körpə qızı var imiş.
Qeyd edək ki, dünən qəzanın baş verdiyi yerdə - Danaçı kəndi ərazisində 2013-cü ildə Emilin böyük qardaşı Elçin Kahayev də idarə etdiyi “Nissan-Tiana” markalı avtomaşınla dəhşətli yol qəzası törədib və orada həlak olub. Həmin qəzada daha 1 nəfər də ölmüş, 3 nəfər isə xəstəxanaya yerləşdirilmişdi.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı