Toya gələn kimi xəstəxanalıq oldu - AĞDAMDA ŞOK CİNAYƏT
Bizi izləyin

Hadisə

Toya gələn kimi xəstəxanalıq oldu - AĞDAMDA ŞOK CİNAYƏT

Ağdam rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Səfərli qəsəbəsində qeydə alınıb.

Yerli sakin Teymur Qurbanov yaxın qohumunun toy məclisində iştirak edən zaman naməlum şəxs tərəfindən bıçaqlanıb.

Hadisə şahidlərinin sözlərinə görə, biçaqlanma zərərçəkənin toya daxil olmasından bir neçə saat sonra baş verib. Hələlik kim olduğu bilinməyən sərxoş səxs T.Qurbanova qəflətən iki bıçaq zərbasi vuraraq hadisə yerindən qaçıb.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Yaralı ətrafdakı insanların köməkliyi ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Zərərçəkmişin əmisi Məhiyyədin Qurbanov bildirib ki, Ağdam RMX-da yaralıya lazımi tibbi yardım göstərilmədiyi üçün o, Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Həkimlər T.Qurbanovun vəziyyətini orta-ağır qiymətləndirirlər.

Faktla bağlı Ağdam rayon Polis şöbəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm