Balakəndə 7 yaşlı qız öldü
Bizi izləyin

Hadisə

Balakəndə 7 yaşlı qız öldü

Balakəndə 7 yaşlı qızı avtomobil vuraraq öldürüb.

“Report”un məlumatına görə, hadisə rayon mərkəzindən Hənifə kəndinə gedən avtomobil yolunda baş verib.

Rayon sakini, 2011-ci il təvəllüdlü Zümrüd Mais qızı İsakovanı minik avtomobili vurub.

7 yaşlı Z. İsakova Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılarkən aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən yolda ölüb.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm