Cəlilabadda 3 uşaq atası itkin düşdü - FOTO
Bizi izləyin

Hadisə

Cəlilabadda 3 uşaq atası itkin düşdü - FOTO

Cəlilabad rayon sakini itkin düşüb.

"Report" xəbər verir ki, Göytəpə şəhər Nizami küçəsi, ev 67-də yaşayan 1993-cü il təvəllüdlü Sahib Sahibəli oğlu Mahmudovyanvarın 25-də naməlum avtomobillə evdən çıxıb və bir daha geri qayıtmayıb. Yanvarın 25-dən 8 gün keçməsinə baxmayaraq, S.Mahmudovun yerini bilən yoxdur.

Onun yaxınları bu barədə polis bölməsinə məlumat verib. Hazırda S.Mahmudovun tapılması istiqamətində araşdırma aparılır.

Qeyd edək ki, o, 3 azyaşlı uşaq atasıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm