Bakı sakini vəfat etmiş qardaşının çantasından 2 qumbara tapdı
Bizi izləyin

Hadisə

Bakı sakini vəfat etmiş qardaşının çantasından 2 qumbara tapdı

Bakı sakini vəfat etmiş qardaşının silah-sursatını polisə təhvil verib.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sabunçu RPİ-nin 2-ci Polis Şöbəsinə müraciət edən Ramana qəsəbə sakini olan qadın evinin çardağında idman çantasının içində mərhum qardaşına məxsus silah-sursat aşkar etdiyini və onları könüllü olaraq polisə təhvil vermək istədiyini bildirib.

Həmin ünvana gələn polis əməkdaşları oradan 2 ədəd “F-1” qumbarasını, 2 ədəd alışdırıcını, 64 ədəd avtomat patronunu, 2 ədəd patron darağını, 2 ədəd siqnal fişəngini və 1 ədəd silah təmizləmə ləvazimatını aşkar edərək götürüb. Silah-sursat aidiyyatı üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm