Rüşvətdə təqsirləndirilən icra nümayəndəsinə 6 il HƏBS TƏLƏBİ
Bizi izləyin

Hadisə

Rüşvətdə təqsirləndirilən icra nümayəndəsinə 6 il HƏBS TƏLƏBİ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifə saxtakarlığı və rüşvətdə təqsirləndirilən Ağaqədir Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Trend-in məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib.

Prokuror A.Osmanovun 6 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası martın 1-nə təyin edilib.

İttihama görə, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışmış A.Osmanov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət vermə), 178-ci (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Zərərçəkmiş qismində üç nəfər tanınır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm