Hacıqabulda maşın kanala düşdü: xəsarət alan var
Bizi izləyin

Hadisə

Hacıqabulda maşın kanala düşdü: xəsarət alan var

Hacıqabul rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə bu gün axşam saat 21:30 radələrində rayonun Abdulabad kəndində qeydə alınıb.

İlkin məlumata görə, minik avtomobili idarəetməni itirərək yaxınlıqdakı kanala düşüb. Sürücünün xəsarət aldığı bildirilir. Onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm