Hadisə
Bakıda idman məktəbindəki güclü yanğın SÖNDÜRÜLDÜ - FOTO/VİDEO - (YENİLƏNDİ)
FHN baş vermiş yanğınla bağlı məlumat yayıb.
Publika.az-a daxil olan məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbinin ümumi sahəsi 800 m² olan birmərtəbəli təlim məşq binasında sauna otağının lambirindən ibarət üzlüyü 40 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 600 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
FHN-dən Publika.az-a verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda futbol məktəbinin ərazisində baş vermiş yanğın saat 09:48-də Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Əlavə məlumat veriləcək.
***
Fövqəladə Hallar Nazirliyi baş vermiş yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən Publika.az-a daxil olan məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhərinin Binəqədi rayonunda futbol məktəbində yanğın baş verməsi barədə məlumat verilib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.
İlkin məlumata görə, məktəbin idman zalının dam örtüyü yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
***
Publika.az-ın hadisə yerində olan əməkdaşı bildirib ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Binəqədi və Nərimanov rayon şöbələrinin yanğınsöndürən maşınları və əməkdaşları, FHN-nin xüsusi briqadası, Post Patrul Xidməti cəlb olunub.
Deyilənə görə, içəridə zəhərlənənlər var. "Azəriqaz", "Azərişıq" və "Azərsu" nun maşınları da hadisə yerindədir.
Polis ətrafdakı yolları bağlayıb. Yanğın nəticəsində yaranan qatı tüstü ətrafa yayılıb. Tüstüdən 100 metrədək məsafə görünmür.
Yanğın baş verən obyektin yaxınlığında 2 məktəb binası və çoxlu yaşayış binası yerləşir.
***
Səhər saatlarında 7-ci mikrorayon ərazisində yerləşən "Vətən" idman klubunun yataqxanasında yanğın başlayıb.
Publika.az xəbər verir ki, hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hadisə yerindədir.
Yanğın nəticəsində xəsarət alanların olub-olmadığını dəqiqləşdirməyə çalışırıq.

Zümrüd Kərimova
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar etmək vaxtıdır
-
Region01:40İranda partlayış səsləri eşidildi
-
Sosial25 May 23:15Bəzi şəxslərə pulsuz mənzillər veriləcək
-
İnanc25 May 21:26Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik
-
MDB25 May 21:13Rusiya XİN-dən xəbərdarlıq - Dərhal Kiyevi tərk edin!
-
Elm və təhsil25 May 19:20Azərbaycanda yeni universitet yaradılacaq
-
Ekologiya25 May 18:10Sabah Bakıya yağış yağacaq - Xəbərdarlıq
-
Rəsmi xronika25 May 17:20İlham Əliyev sərəncam imzaladı







.jpg)






























