Şəmkirdə ər-arvadı avtomobil vurdu - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Şəmkirdə ər-arvadı avtomobil vurdu - YENİLƏNDİ

Şəmkirdə ər-arvadı avtomobil vurub.

Publika.az "Reporta"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 414-cü kilometrliyində Şəmkir rayon Sabir kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Əzəlxan Xeyrəddin oğlu Xəlilov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu qarşı tərəfə keçmək istəyən Bakı şəhər sakinləri - 1942-ci il təvəllüdlü Çingiz Talıb oğlu Hacıyevi və onun həyat yoldaşı, 1951-ci il təvəllüdlü Çinarə Əli qızı Heydərovanı vurub. Nəticədə hər iki piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar əvvəlcə Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Orada ilkin tibbi yardım göstərildikdən sonra Gəncə şəhərində yerləşən özəl xəstəxanaların birinə göndərilib.

Qeyd edək ki, hər iki şəxs Bakıdan Şəmkirə qonaq gedib.

Faktla bağlı araşdırma aparılır.

***

Şəmkirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Sabir kəndi ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir.

Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm