Bərdədə təhlükə: ilan sürüləri kəndə hücum etdi - FOTO
Bizi izləyin

Hadisə

Bərdədə təhlükə: ilan sürüləri kəndə hücum etdi - FOTO

Bərdə rayonunun Zümürxan kəndində məcburi köçkünlərin məskunlaşdığı kərpic zavod adlanan ərazidə evlərin birinə ilan sürüləri hücum çəkib.

Publika.az xəbər verir ki, ev sahibi Rəbiyyə Abdullayevanın sözlərinə görə, müxtəlif ölçülərdə ilanlar əsasən gündüz saatlarında evin yataq otağında görünür.

R. Abdullayeva bildirib ki, son bir neçə gündə evin həyətində bir neçə ilanı öldürsələr də, yenə də evdə ilanlar var. Evində ilan balasını öldürən qadın ərazidə ilanlarin çox olduğunu deyir.

Ötən il 120-dən çox ilan öldürülüb. Təhlükəli olan sürünənlər ən çox azyaşlılar üçün təhlükə yaradır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm