Hadisə
DTX-dən Mahmudovu ŞOKA SALACAQ ADDIM - 11 milyona yaxın...
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudova qarşı Dövlət Təhlükəsizliyi Xidməti mülki iddia qaldırıb.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, təqsirləndirilən Vüqar Mahmudovdan 10 milyon 653 min 358 manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilməsi istənilib.
Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxslərin cinayət işində ən yüksək məbləğdə mülki iddia Vüqar Mahmudova qarşı qaldırılıb.
Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə mühakimə olunan şəxslərə qarşı 3 milyon manat, MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev və Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov və onlarla birlikdə mühakimə olunanlara qarşı 1 milyon manat, Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevə qarşı isə 7 milyon manatlıq mülki iddia verilib.
Bu şəxslərin cinayət işləri üzrə Bakı Hərbi Məhkəməsində hökm elan edilib və onlara qarşı verilmiş mülki iddialar təmin olunub.
Qeyd edək ki, Vüqar Mahmudovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Elbəy Allahverdiyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası mayın 1-nə təyin edilib.
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO