Hadisə
Tovuzda su anbarında batan şəxsin meyiti tapıldı - (YENİLƏNDİ)
Tovuz rayonunda su anbarında batan şəxsin meyiti tapılıb.
Rayonun Yuxarı Öysüzlü kənd sakini, 1950-ci il təvəllüdlü Vidadi Allahverdi oğlu Dilənovun meyiti Vahidli kəndi ərazisində olan Tovuzçay su anbarında tapılıb.
Faktla bağlı araşdırma aparılır. (report)
***
Tovuzda 1 nəfər su anbarına düşüb.
FHN-dən Publika.az-a verilən məlumata görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Belə ki, Tovuz rayonunun Vahidli kəndində Tovuzçay su anbarına düşdüyü ehtimal olunan 1950-ci il təvəllüdlü Dilənov Vidadi Allahverdi oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Hazırda Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
***
Tovuz rayonunda itkin düşən kişinin göldə batmasına dair ehtimallar dəqiqləşib.
Publika.az "Report"a istinadən xəbər verir ki, 1950-ci il təvəllüdlü Dilənov Vidadi Allahverdi oğlunun rayonun Vahidli kəndi ərazisindəki süni göldə (Tovuz çay su anbarı) batdığı məlum olub.
Hazırda onun axtarışları davam edir. Əraziyə Fövqəladə Hallar Nazirlyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə qüvvələri cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı