Hadisə
Bakıda 13 yaşlı məktəbli qız İTKİN DÜŞDÜ
Bakıda 13 yaşlı məktəbli qız itkin düşüb.
4-cü mikrorayonda yerləşən 5 saylı orta məktəbin VII sinif şagirdi Aydan Əliyevadan dünəndən xəbər yoxdur.
O, dərsləri bitdikdən sonra - saat 13.00 radələrində məktəbi tərk edib, lakin evə gedib çıxmayıb.
Tanışları onu sonuncu dəfə 13:14-də Zərifə Əliyeva adına Göz Klinikasının yanında görüblər.
Aydan ailəsi ilə birlikdə 9-cu mikrorayonda yaşayır. Onun üstündə mobil telefon olmayıb.
Ailəsi onu qohumların, rəfiqələrinin və ümumiyyətlə əlaqəsi olduğu hər bir kəsin evində axtarıblar, amma heç yerdə tapılmayıb.
Valideynləri onun itkin düşməsilə bağlı polisə müraciət ediblər. Nəsimi rayon 19-cu Polis Bölməsindən bildiriblər ki, Aydan Əliyevanın axtarışları davam edir. Hələlik heç bir nəticə yoxdur.
Aydanı görənlərdən DİN-nin 102 qaynar xəttinə və ya (55)207-81-11 nömrəsinə zəng edərək məlumat vermək xahiş olunur. (Baku.ws)
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu