Mehdiabadda iki qardaş bıçaqlandı
Bizi izləyin

Hadisə

Mehdiabadda iki qardaş bıçaqlandı

Abşeron rayonunun Mehdiabad qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Publika.az "Report"a istinadən xəbər verir ki, 1993-cu il təvəllüdlü Qəhrəmanov Vüsal Niyaz oğlu və 1991-ci il təvəllüdlü Qəhrəmanov Tural Niyaz oğlu bıçaqlanıb.

Yaralılardan Tural "təcili yardım" maşını ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib, digər qardaş isə özü gəlib.

Hadisənin kim tərəfindən törədildiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm