Bakıda avtobus qəzasında xəsarət alanların şəxsiyyəti məlum oldu - SİYAHI - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Bakıda avtobus qəzasında xəsarət alanların şəxsiyyəti məlum oldu - SİYAHI - (YENİLƏNDİ)

Bakının Zığ qəsəbəsində marşrut avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan qadınların şəxsiyyəti məlum olub.

Hadisə nəticəsində xəsarət alan 1984-cü il təvəllüdlü Məmmədova Sülahət Təbriz qızı və 1975-ci il təvəllüdlü Həsənova Könül İmamverdi qızı qapalı kəllə-beyin travması ilə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onlardan K.Həsənovanın vəziyyəti ağır qiymətləndirilir.

Hadisə nəticəsində xəsarət alan digər qadın, 1984-cü il təvəllüdlü Zeynalova Aysel Sultay qızı isə Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

Xatırladaq ki, paytaxtın Xətai rayonu, Zığ yolunda 104 saylı marşrut avtobusu qəzaya uğrayıb. Hadisə nəticəsində 3 qadın xəstəxanaya yerləşdirilib. (trend)

***

Bakı şəhəri, Zığ yolunda avtobus qəzası baş verib.

"Report" xəbər verir ki, 104 saylı marşrut avtobusunun evakuatorla toqquşması nəticəsində 4 qadın xəsarət alıb.

Onlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, 43 və 34 yaşlı qadınlar Sabunçu xəstəxanasına, 50 yaşlı qadın 1 saylı Kliniki Tibbi Mərkəzə, 35 yaşlı qadın isə Neyrocərrahiyyə xəstəxanasına aparılıb.

Yaralıların hər birinə bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu qoyulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm