Qubada kütləvi zəhərlənmə
Bizi izləyin

Hadisə

Qubada kütləvi zəhərlənmə

Quba rayonunda kütləvi zəhərlənmə olub.

Publika.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə rayonun Dəlləkli kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakinləri - 1952-ci il təvəllüdlü Zöhrə Ramiz qızı Hüseynova, 2008-ci il təvəllüdlü Bilal Bayram oğlu Ömərov, 2011-ci il təvəllüdlü Ömər Bayram oğlu Ömərov, 1987-ci il təvəllüdlü, Mavigül Mövlud qızı Ömərova və 1988-ci il təvəllüdlü Rəhilə Radixan qızı Ömərova ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Onlara qida zəhərlənməsi və kəskin qastroenterit diaqnozu qoyulub.

Zəhərlənən şəxslər xəstəxananın Yoluxucu Xəstəliklər Şöbəsinə yerləşdirilib və vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm