Hadisə
Tanınmış şairə vəfat etdi - FOTO
Şair, əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Kəmalə Ağayeva vəfat edib.
Kult.az xəbər verir ki, Kəmalə Ağayeva 1936-cı il iyulun 10-da Naxçıvan şəhərində anadan olub. Burada 2 saylı şəhər orta məktəbini bitirib. 1953-57-ci illərdə Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsində təhsil alıb.
Naxçıvanda orta məktəbdə müəllim işləyib. 2002-2005-ci illərdə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ədəbi hissə müdiri, həm də həmin illərdə “Ümid çırağı” jurnalının baş redaktoru olub.
İlk mətbu şeiri – “Hilal olaydım” 1957-ci ildə “Azərbaycan” jurnalında dərc edilib. Fransız dilindən poetik tərcümələr edib. Onun “Məhsəti”, “İsmət”, “O, bizim dağların oğludur”, “Mənim tanrım gözəllikdir, sevgidir”, “Apardı sellər Saranı”, “Göyçək Fatma”, “Tıq-tıq xanım”, “Məlikməhəmməd” və “Sirli sözlər” pyesləri tamaşaya qoyulub, efirdə səslənib. Əsərləri xarici dillərinə tərcümə olunub.
Kəmalə Ağayeva Fransa şairlərindən Pol Elüar, Pol Verleni, L.Araqon və b. tərcümə edib.
Dəfələrlə Naxçıvan şəhər Sovetinin deputatı olub.
1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1984), Teatr Xadimləri İttifaqının üzvü (1971), Əməkdar incəsənət xadimi (2002), Prezident təqaüdçüsü idi.
Allah rəhmət eləsin!
-
MDB09:13Moskvaya PUA hücumu: anbarlar yandı, bölgələr hədəfə alındı - Ölənlər var
-
Ekopublika.az09:00Yeni tendensiya: Şirkətlər 40 yaşdan yuxarı işçilər axtarmağa başladılar - Nə baş verir?
-
Sosial07:35Toy mövsümü bu tarixdən başlayır
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi












.jpg)




.webp)










.jpg)
.jpg)





