Qaxdakı yanğın sönüdürlü - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Qaxdakı yanğın sönüdürlü - YENİLƏNDİ

Qaxda meşədə baş verən yanğın söndürülüb.

Publika.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə, Qax rayonunun Suskənd kəndi yaxınlığında meşə zolağında yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Yanğın məhdudlaşdırılıb.

Yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

***

Qaxda meşədə yanğın başlayıb.

Publika.az-ın Trend-in məlumatına görə, hadisə rayonun Süskənd və Fıstıqlı kəndlərinin ərazisindəki meşə sahəsində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm