2 nəfər eyni saatda bu səbəbdən öldü
Bizi izləyin

Hadisə

2 nəfər eyni saatda bu səbəbdən öldü

Göygöl rayonunda ağır yol qəzası baş verib.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, avqustun 27-də saat 21 radələrində Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində Daşkəsən rayon sakini Ş.İbrahimov idarə etdiyi “VAZ-21012” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakini Yetirən Həsənovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Oxşar hadisə dünən saat 21 radələrində Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisində də baş verib. Gürcüstan vətəndaşı B.Mahmudov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Nurlan Yusifovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm