Hadisə
Generalın qohumunu məmur oğlu öldürüb? - Yeni FAKT ORTAYA ÇIXDI
Avqustun 31-də paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qaynının oğlu 35 yaşlı Fərid Məmmədzadənin öldürülməsi ilə bağlı yeni fakt ortaya çıxıb.
Axar.az az xəbər verir ki, “Hürriyyət” qətli törədən şəxslərdən biri və hazırda şübhəli qismində saxlanılan C.Cavadlının Ağsunun keçmiş deputatı, Ərəstun Cavadovun Niyazi adlı qardaşının övladı olduğunu yazıb. Qəzet eyni zamanda Niyazi Cavadovun Ərəbmehdibəyli kəndinin bələdiyyə sədri olduğunu qeyd edib.
Sabiq millət vəkili, Mərkəzin Univermağın rəhbəri Ərəstun Cavadov Axar.az-a açıqlamasında məlumatı təkzib etməyib. Belə ki, o, hadisədən xəbərsiz olduğunu bildirib:
“Bakıda deyildim, yeni qayıtmışam, heç nədən xəbərim yoxdur”.
Qeyd edək ki, hadisə maşına yol verməmək üstündə baş verib.
Məlumata görə, H.Babaverdiyev avtomobil ilə H.Zərdabi küçəsində hərəkətdə olarkən qarşısında gedən maşının sürücüsü F.Məmmədovdan ona yol verməsini istəyib. Bunun üstündə tərəflər arasında mübahisə düşüb və nəticədə H.Babaverdiyev F.Məmmədzadəni bıçaqlayıb. Şübhəli bilinən Bakı şəhər sakini H.Babaverdiyevlə yanaşı, C.Cavadlı və R.Bünyatzadənin də saxlanıldığı bildirilir.
Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
-
Region09:54Türkiyənin 150 iş adamı Ermənistandadır: İrəvanda nə baş verir?
-
İqtisadi gündəm09:48Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər
-
Dünya08:12Səudiyyə Ərəbistanına nüvə icazəsi: Uran 20%-dək zənginləşdirilə bilər
-
Hadisə06:16Qəbələdə döyülən “Çevik”in vəkilindən açıqlama
-
Dünya05:15Silah-sursat satın alınacaqdı, 70 milyon avro yoxa çıxdı - Nazir istefa verdi
-
ABŞ02:19ABŞ-ın daxili təhlükəsizlik nazirini daşıyan təyyarə məcburi eniş etdi - Mühərrik sıradan çıxıb
-
Qoroskop01:20Günün ulduz falı: Bəzi qərarları yenidən dəyərləndirməli olacaqsız
-
Region2 Sentyabr 23:35Qara dənizdə şübhəli cisimlər aşkarlandı - Türkiyə ordusu məhv etdi












.jpg)





.jpg)
















.jpg)