Nazirlik rəsmisi kəndə ayı hücumundan danışdı
Bizi izləyin

Hadisə

Nazirlik rəsmisi kəndə ayı hücumundan danışdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti İsmayıllıda ayı hücumu ilə bağlı açıqlama yayıb.

Departamentin direktoru Hikmət Əlizadə bildirib ki, Xanəgah kəndinə ayı hücumu olmayıb. Kənd sakini meşəyə yemişan toplamağa gedərkən ayı hücumuna məruz qalıb:

“Vətəndaş meşəyə yemişan toplamağa gedib.Bu zaman ayı hücumuna məruz qalıb. Yaşayış yerləri böyüyür. Meşə ilə həmsərhəd ərazilərdə yeni yaşayış yerləri salınır. İnsanlar meşəyə meyvə yığmağa gedirlər. Təbii ki, bu zaman ayı hücumları olur. Bu səbəbdən meşə ilə həmsərhəd ərazilərdə yaşayan insanlar ehtiyatlı olmalıdır. Xüsuilə payız-qış aylarında ehtiyatlı olmalıdırlar. Vəhşi heyvan sərhəd tanımır”.(Qafqazinfo)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm