Azərbaycanda fəhlələri daşıyan avtobus belə aşdı - FOTO
Bizi izləyin

Hadisə

Azərbaycanda fəhlələri daşıyan avtobus belə aşdı - FOTO

Bu gün səhər saatalrında Neftçala rayonunun Qaraqaşlı kəndində yerləşən quşçuluq fabrikinə məxsus “PAZ-672” markalı avtobus kənd ərazisində yoldan çıxaraq aşıb.

Hadisə baş verən zaman avtobus yavaş sürətlə hərəkət etdiyindən fabrikə işə gedən fəhlə qadınlardan yalnız bir nəfər- Salyan şəhər sakini, 48 yaşlı Könül Məmmədhəsən qızı Abdulova xəsarət alıb.

O dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.(Virtualaz.org)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm