Salyanda 8 yaşlı qızı maşın vurdu
Bizi izləyin

Hadisə

Salyanda 8 yaşlı qızı maşın vurdu

Salyanda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün axşam saatlarında şəhərin X.R. Ulutürk prospektində qeydə alınıb.

Belə ki, Salyan şəhər sakini, 2011-ci il təvəllüdlü Qədirova Xədicə Məhəbbət qızı yolu keçmək istərkən “BMW” markalı avtomobil onu vurub.

Azyaşlı qız Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır (Report).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm