Bakıda avtomobil 49 yaşlı kişini vurdu
Bizi izləyin

Hadisə

Bakıda avtomobil 49 yaşlı kişini vurdu

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Yasamal rayonu ərazisində yerləşən 1 saylı Vərəm Əleyhinə Dispanserinin qarşısında qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü Məmmədov Mahir Tahir oğlu yolu keçərkən onu avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm