• USD 1,7000 0,00% EUR 1,8883 +0,22%
    • GBP 2,2364 +0,31% RUB 0,0267 +0,37%

Bərdədə AĞIR QƏZA - Xəsarət alanlar var

Bərdədə AĞIR QƏZA - Xəsarət alanlar var

Bərdə rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Mirzəxan kəndində qeydə alınıb.

Belə ki, "VAZ-21011" və "VAZ-2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər - İsmaylov Ruslan Eldar oğlu, Fətəliyev Əlizamin İsrail oğlu, Allahyarova Türkan Eldar qızı və daha 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Xəsarət alanlardan birinin vəziyyəti yaxşı olduğundan o evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər lenti

DAHA ÇOX XƏBƏR