Bakıda 2 avtomobil toqquşdu - Qadın sürücü xəstəxanalıq oldu
Bizi izləyin

Hadisə

Bakıda 2 avtomobil toqquşdu - Qadın sürücü xəstəxanalıq oldu

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, rayon ərazisində iki avtomobil toqquşub. Qəza zamanı avtomobillərdən birinin - "Nissan"ın sürücüsü, 27 yaşlı Əlizadə Fatimə Əli qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm