Bakıda daha 4 qadın zəhərləndi - BU QİDADAN
Bizi izləyin

Hadisə

Bakıda daha 4 qadın zəhərləndi - BU QİDADAN

Biləcəri qəsəbəsində 4 nəfər zəhərlənib.

Publika.az xəbər verir ki, 5-ci Şimal küçəsində yerləşən fərdi yaşayış sahəsində bir ailənin 4 üzvünün zəhərlənməsi barədə məlumat Təcili Tibbi Yardıma daxil olub. Ünvana gələn Təcili Tibbi Yardım briqadasının həkimləri evdən 11 və 16 yaşlı qızları, onların 37 yaşlı anasını və 59 yaşlı nənəsini götürüblər. Azyaşlılar 2 saylı uşaq xəstəxanasına, ana ilə nənə isə KTM-ə çatdırılıblar. Həkimlərlə söhbət zamanı xəstəxanaya çatdırılanlar istifadə müddəti bitmiş yağ yemələrini bildiriblər.

Hal hazırda müalicələri davam edir. Səhər saat 09:07 üçün 2 saylı uşaq xəstəxanasından aldığımız məlumata görə qızlara lazımı tibbi yardım göstərilib, həyatları üçün təhlükə yoxdur. Müalicələri bitdikdən sonra yaxın günlərdə evə yazılacaqlar. Kliniki Tibbi Mərkəzdə olan ana ilə nənə isə ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm