Hadisə
Tanınmış azərbaycanlı alim vəfat etdi - 71 YAŞINDA
AMEA Zoologiya İnstitutunun Quru Onurğasızları laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə elmlər doktoru Xalid Əli Ağa oğlu Əliyev ömrünün 71-ci ilində vəfat edib.
Publika.az xəbər verir ki, professor xəstəlik səbəbindən dünyasını dəyişib
Qeyd edək ki, Xalid Əli Ağa oğlu Əliyev 07 fevral 1949-ci ildə Bakı şəhəri Əmircan qəsəbəsində anadan olub.1973-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin biologiya fakultəsini bitirib. 1975-ci ildən AMEA Zoologiya İnstitutunda fəaliyyət göstərən alim, 1977-ci ildə “Entomologiya” ixtisası üzrə AMEA Zoologiya İnstitutunun əyani aspirantı olmuş, 1986-ci ildə “Azərbaycanın Kiçik Qafqaz biogeosenozlarının arıkimiləri” mövzusunda namizədlik dissertasiyasını (Bakı), 2013-cü ildə isə “Azərbaycanın arıkimiləri” mövzusunda doktorluq dissertasiyasını (Bakı) müdafiə edib. 1980-1986-cı illərdə Zoologiya İnstitutunun “Entomologiya” laboratoriyasında laborant, kiçik elmi işçi, elmi işçi, 1987-1993-cü illərdə institutun elmi katibi, 1993-cü ildən isə laboratoriya müdiri vəzifəsində işləyib.
X.Ə.Əliyev institutda işlədiyi dövrdə AMEA-nın və keçmiş SSRİ EA proqramlarına daxil olan bir neçə elmi tədqiqat mövzularının yerinə yetirilməsində yaxından iştirak edib. Onun tərəfindən Azərbaycan faunası üçün 642 növ arıkimi müəyyən edilib ki, onlardan 154 növ Qafqaz, 88 növ Cənubi Qafqaz, 64 növ isə Azərbaycan faunası üçün yenidir. O həmçinin, əvvəllər naməlum olan, arıkimilərin yuva paraziti 2 növ mutillid arı (Mutillidae fəsiləsi) - Dentilla cretica növünün dişisi və Dasylabris shelkovnikovi növünün erkəyini təsvir edib. Alim tərəfindən ilk dəfə 642 növ arıkiminin uçuş fenologiyası müəyyən edilib, növlərin qida əlaqələri öyrənilib, Azərbaycanın arıkimilər faunasının formalaşma tarixi araşdırılmış və onların faunistik kompleksləri müəyyən edilib. X.Ə.Əliyev Dağıstan,Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Almaniya və digər ölkələrdə beynəlxalq ekspedisiyalarda və elmi seminarlarda iştirak edib. 100-dən çox elmi əsərin müəllifi olan zooloq alim həmçinin, AMEA Rəyasət Heyətinin fəxri fərmanı ilə də təltif edilib.
Allah rəhmət eləsin!
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq22 Noyabr 14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak22 Noyabr 14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB22 Noyabr 12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO













.jpg)



















