Hadisə
“Daımler Crysler”in sürücüsü həbs edildi - AZƏRBAYCANDA
Salyanda avtomobillə qəza törədərək hadisə yerindən qaçan sürücü tutulub.
Publika.az Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən xəbər verir ki, polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçan sürücü tutularaq istintaqa cəlb edilib. Belə ki, dekabrın 3-də, saat 19 radələrində Salyan rayonu ərazisində naməlum sürücünün idarə etdiyi avtomobillə yolu keçmək istəyən piyada 1987-ci il təvəllüdlü Sadiq Mustafayevi vuraraq ölümünə səbəb olması, daha sonra isə hadisə yerindən qaçması faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə hadisə yerinə baxış keçirilən, müvafiq ekspertizalar təyin olunub və digər zəruri istintaq hərəkətləri aparılıb. Həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin 44-BL-045 dövlət qeydiyyat nişanlı “Daımler Crysler” markalı avtomobilin sürücüsü – 1959-cu il təvəllüdlü Muğbil Niftullayev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. M.Niftullayev şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan