Şəhid olan 19 yaşlı sərhədçimizlə bağlı FAKTLAR
Bizi izləyin

Hadisə

Şəhid olan 19 yaşlı sərhədçimizlə bağlı FAKTLAR

Yanvarın 7-də saat 14:56-da Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində həlak olan sərhədçi əsgər Fərzəliyev Fərzəli Əlimürsəl oğlu Ucar rayonunun Alpı kəndindəndir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ucar Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Sosial şəbəkələrdə yayılan məlumata görə, şəhid olan əsgərin 19 yaşı varmış. O, 3 uşaqdan ibarət ailənin sonbeşiyi imiş. Əsgər Fərzəli Fərzəliyevin tərxis olunmasına 3 aydan da az vaxt qalıbmış. O, aprelin 1-dən 30-dək ehtiyata buraxılmalı idi.

Əsgər Fərzəli Fərzəliyevin həlak olduğu gün anasının doğum gününə təsadüf edib. Yanvarın 10-da isə şəhid sərhədçimizin qardaşının doğum günü qeyd ediləcəkmiş.

Allah rəhmət eləsin!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm