Nərmini öldürən İlkinlə bağlı DƏHŞƏTLİ FAKTLAR
Bizi izləyin

Hadisə

Nərmini öldürən İlkinlə bağlı DƏHŞƏTLİ FAKTLAR

Tovuz rayonunun hüquq-mühafizə orqanlarının əməkdaşları 10 yaşlı Nərmin Quliyevanın qətlində şübhəli bilinən 47 yaşlı İlkin Süleymanovun cinayəti törətdiyini müəyyənləşdirib.

Publika.az xəbər verir ki, bu barədə Oxu.az-a hüquq-mühafizə orqanlarından bildirilib.

Əvvəlcə bildirildi ki, İlkin Nərminin yandırılmış bədənini ilk görən şəxs olub. Lakib bu gün o, cinayəti etiraf edib.

Qeyd edək ki, İ.Suleymanov subaydır və ali təhsillidir. O, 3 dil (Azərbaycan, rus və ingilis) bilir. İlkin Rusiyada oxuyub və işləyib. Son illərdə valideynləri ilə yaşayıb.

İ.Suleymanov Şərif Quliyevin (Nərminin atası) evindən 500 metr məsafədə yaşayırmış.

Bildirilir ki, bütün bu vaxt ərzində İlkin Nərmini kəndin ərazisində ailəsinə məxsus evdə gizlədib. İlkin törətdiyi əməllərin hamısını polisə detalları ilə nümayiş etdirib.

Fakt üzrə araşdırma davam etdirilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm