Hadisə
2 uşağımı da, özümü də zəhərləyib öldürəcəm - Sabiq nazirin qızının AİLƏ DRAMI
Sabiq Müdafiə naziri Rəhim Qazıyevin qızı Şəbnəm Əzizovanın həyatı təhlükədədir.
Publika.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Əvəz Zeynallı feysbuk səhifəsində məlumat paylaşıb.
O bildirib ki, Şəbnəm əri Ramil Əzizovdan boşansa da, həmin şəxs Şəbnəmi və ailəsini təhdid edir: “R.Əzizov Şəbnəmin qonşularını, iş yoldaşını da hədələməyə başlayıb. Daha sonra R.Qazıyevin evinin qarşısında onun digər qızı Aytənin maşınının təkərlərini bıçaqla deşib və bu anlar təhlükəsizlik kamerasında qeydə alınıb. Polisə müraciət edildikdən sonra R.Əzizov saxlanılsa da, qısa müddət ərzində sərbəst buraxılıb.
R.Əzizov bunun ardınca Rəhim Qazıyevin evinə gələrək mənzilin qapısını sındırıb. Bu dəfə də 102-yə şikayət edildikdən sonra saxlanılan Əzizov yenə azadlığa buraxılıb”.
Əvəz Zeynallı əlavə edib ki, Şəbnəm Əzizova onunla söhbətində “Heç nəyini istəmirəm, bircə məndən əl çəksin. Qorxuram, addım ata bilmirəm. Az qalıram, 2 uşağımı da, özümü də zəhərləyib öldürəm”, deyə bildirib.
Ə.Zeynallı aidiyyəti qurumları məsələyə müdaxilə etməyə çağırıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)





















.jpg)
.jpg)
