Baş Prokurorluqda daha bir TƏYİNAT
Bizi izləyin

Hadisə

Baş Prokurorluqda daha bir TƏYİNAT

Bakı şəhər prokurorunun Dövlət İttihamının Müdafiəi üzrə şöbəsinin rəisi, baş ədliyyə müşaviri Anar Nəsibov vəzifədən azad edilib.

Publika.az xəbər verir ki, bu barədə Baş prokuror Zakir Qaralov əmr imzalayıb. A.Nəsibov digər əmrlə Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, dövlət gənclər siyasətinə uyğun olaraq 2002-ci ildən etibarən gənc hüquqşünasların prokurorluq orqanlarına işə qəbulu test üsulu ilə həyata keçirilir. Müsabiqə yolu ilə qulluğa qəbul olmuş yüksək nəzəri bilik və peşə hazırlığı ilə fərqlənən gənc prokurorluq işçilərinə yüksək etimad göstərilərək onlar müxtəlif vəzifələrə, o cümlədən rayon prokuroru, Baş Prokurorluğun idarə rəisinin müavini, şöbə rəisi və sair kimi məsul vəzifələrə irəli çəkilirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm