Qazaxda “BMW” ağır qəzaya düşdü – Xəsarət alan var
Bizi izləyin

Hadisə

Qazaxda “BMW” ağır qəzaya düşdü – Xəsarət alan var

Qazaxda ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Qazax rayonunda “BMW” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm