Qubada yaşayış evi külə döndü
Bizi izləyin

Hadisə

Qubada yaşayış evi külə döndü

Quba rayonunda yanğın olub.

Publika.az "Report"a istinadən məlumat verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Qam-qam kəndində, Elçin Məhəmməd oğlu Vəliyevə məxsus birmərtəbəli, 3 otaqlı fərdi yaşayış evində baş verib.

Belə ki, 6 nəfərlik ailənin yaşadığı ev əşyaları ilə birgə tam yanıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Quba Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub, yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Hadisə yerinə gələn Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev ailəyə hər cür yardım göstəriləcəyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm