Hadisə
Azərbaycanda alim koronavirusdan vəfat etdi - Ailəsi də yoluxub
Azərbaycanda alim 70 yaşında koronavirusdan vəfat edib.
Tanınmış kimyaçı alim, Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Ziyafəddin Həmid oğlu Əsədov iyunun 18-də dünyasını dəyişib.
Publika.az xəbər verir ki, bu barədə AMEA-nın rəsmi səhifəsi məlumat yayıb.
Oxu.az xəbər verir ki, onun həyat yoldaşı və kürəkəni də koronavirusa yoluxublar.
Qeyd edək ki, dünən alimin koronavirusa yoluxması və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdirilməsi barədə məlumat yayılmışdı.
Ziyafəddin Əsədov 1950-ci il iyulun 19-da Bakı şəhərində anadan olmuşdur. O, 1967-ci ildə Bakı şəhərindəki 39 saylı orta məktəbi gümüş medalla bitirmiş və həmin il Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya-texnologiya fakültəsinə qəbul olmuşdur. 1972-ci ildə ali təhsilini başa vuran alim təyinatla Azərbaycan Elmlər Akademiyası Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda işə başlamışdır.
Kimyaçı alim 475 elmi əsərin, o cümlədən 10 monoqrafiya və dərs vəsaiti (kitablardan 4-ü ingilis dilindədir), 10 ixtira, 150-dən artıq xaricdə dərc olunmuş məqalənin müəllifi idi. Onun elmi rəhbərliyi ilə 6 elmlər doktoru və 4 fəlsəfə doktoru dissertasiyaları müdafiə olunmuşdur.
-
İdman03:13Ronaldo cəzalandırılmasını tələb etdi
-
İdman00:45“Bayern Münhen” Kenan Yıldızı niyə pulsuz buraxdı?
-
Qoroskop00:15Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmağa çalışır
-
Magazin16 Oktyabr 23:24Tacir Şahmalıoğlu hansı xəstəliyə düçar olduğunu açıqladı - VİDEO
-
Sağlamlıq6 Oktyabr 22:48Kofeinsiz və adi qəhvə - Yaddaş üçün hansı daha yaxşıdır?
-
Hadisə6 Oktyabr 22:24O gəmidə yaralananlardan biri də Coşqun olub - FOTO/VİDEO
-
Magazin26 Oktyabr 22:12Keçmiş həbsxana gözətçisi gözəllik müsabiqəsinin finalına yüksəldi
-
Avropa6 Oktyabr 21:48Makron yeni ballistik raketin buraxılışını şəxsən izlədi - VİDEO



































.jpg)

