Hadisə
Koronavirusa yoluxan arvadını 5-ci mərtəbədən atdı - - VİDEO
Video əlavə olunub.
xxx
COVID-19 pandemiyası ailə-məişət zəminində də ciddi fəsadlara səbəb olur.
Misir paytaxtında bir kişi virusa yoluxmuş həyat yoldaşını yaşadığı binanın beşinci mərtəbəsinin balkonundan aşağı atıb. Xoşbəxtlikdən qadın sağ qalıb və Qahirənin Ain Şəms Universitetinin xəstəxanasında əməliyyat olunub. Həkimlər COVID-19-a yoluxmuş və aşağı ətraflarında sınıqlar olan qadının karantin şəraitində müalicə olunacağını bildiriblər. Cinayəti törədən ər isə həbs olunub və müstəntiq xəstəxanada yatan zərərçəkənin ifadəsini aldıqdan sonra işi məhkəməyə göndərəcək. Müttəhim ifadəsində bildirib ki, o, arvadından evi tərk etməsini tələb edib, rədd cavabı aldıqda isə onu balkondan aşağı atıb.
Yerli psixoloqlar bu hadisəni şərh edərək qeyd ediblər ki, COVID-19 pandemiyası təkcə Misirdə deyil, bütün dünyada insanların psixi vəziyyətinə zərbə vurub. Psixoloq Nərmin Geyid vurğulayıb ki, parklara, əyləncə məkanlarına, ticarət mərkəzlərinə getməkdən məhrum olan, habelə maddi çətinliklərlə üzləşən insanlar mənfi enerjisini ailə-məişət zəminində reallaşdırır.
Bu arada, Misirin Səhiyyə Nazirliyi son sutka ərzində daha 1420 nəfərin COVID-19-a yoluxduğunu, ümumi yoluxma hallarının isə 60 minə çatdığını bildirib. Əlavə edilib ki, iyunun 24-də yeni növ koronavirusdan 85 nəfər vəfat edib, həyatını itirənlərin sayı isə 2450-yə çatıb.
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı


























.jpg)










