Hadisə
Mobil telefonlar, siqaretlər və dərman preparatlarının ölkəyə keçirilməsinin qarşısı alındı - FOTO
Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə mobil telefonların, siqaretlərin və dərman preparatlarının gömrük nəzarətindən gizlədilərək ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.
Bu barədə Publika.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bildirilir ki, əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşlarının idarə etdikləri "DAF" və "Mercedes-Benz Actros" markalı yük avtomobilləri saxlanılıb.
Yoxlama zamanı nəqliyyat vasitələrindən birinin sürücüsünün üzərində gömrük nəzarətindən gizlədilən iki ədəd "Vertu" markalı mobil telefonlar, digər yük avtomobilinin gizli saxlanc yerlərində gömrük nəzarətinə bəyan edilməyən 1 600 ədəd " Parlament Heets" markalı siqaret və 400 kapsul dərman preparatları aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi




















.jpg)













