Binqədidə karantin rejimini pozan müəssisələr aşkarlandı - FOTOLAR
Bizi izləyin

Hadisə

Binqədidə karantin rejimini pozan müəssisələr aşkarlandı - FOTOLAR

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan çay evi aşkarlanıb.

Publika.az xəbər verir ki, Bakı şəhər BPİ, Binəqədi RPİ və 6-cı PB əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə Biləcəri qəsəbəsi Ordubadi küçəsində “Lokomativ-Biləcəri” çay evinin icarədarı, işçiləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 17 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin icrədarı P.Bodurov 2000 manat, digərləri 200 manat cərimə olunublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm