Sumqayıtda koronavirus xəstəsi evi tərk etdi, barəsində cinayət işi açıldı
Bizi izləyin

Hadisə

Sumqayıtda koronavirus xəstəsi evi tərk etdi, barəsində cinayət işi açıldı

Sumqayıtda yaşadığı evi qanunsuz tərk edən daha bir aktiv koronavirus xəstəsi saxlanıb.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhərin inzibati ərazisində yaşadığı evi qanunsuz olaraq tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar.

Məlum olub ki, aktiv koronavirus xəstəsi Sumqayıt şəhər 9-cu mikrorayonda yaşayan 1978-ci il təvəllüdlü Bağırov Rövşən Xürrəm oğludur. Dərhal əraziyə təcili tibbi yardım avtomobili çağırılıb.

Bağırov Rövşən Xürrəm oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə Cinayət işi açılıb. İstintaq tədbirləri davam etdirilir. Həmin şəxs polis nəzarətinə götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm