Ötən gün 3 nəfər bu səbəbdən öldü
Bizi izləyin

Hadisə

Ötən gün 3 nəfər bu səbəbdən öldü

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 21 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Publika.az-a bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm