Hadisə
Sərhədçilər 197 milyonluq qaçaqmalın daşınmasının qarşısını alıb
"Dövlət Sərhəd Xidmətində quruculuq, inkişaf, təkmilləşdirmə prosesləri uğurla davam edirsə, deməli, sərhədlərimizin mühafizəsinin səviyyəsi də yüksələn xətlə inkişaf etməkdədir. Dövlət Sərhəd Xidməti sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsini, sərhədçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasını, maddi-texniki bazanın möhkəmləndirilməsini, yeni silah-sursat, texnika və vasitələrin alınaraq xidmətdə tətbiqini müvəffəqiyyətlə həyata keçirir, Vətən sərhədlərinin toxunulmazlığını təmin etməklə, dövləti maraqlara sədaqətlə xidmət edir".
Publika.az xəbər verir ki, bu sözləri Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev rəsmi qəzetdə yayımlanan məqaləsində qeyd edib.
O bildirib ki, xidmətin bütün sahələrində ardıcıl həyata keçirilən islahatların səmərəliliyi ilk növbədə xidməti göstəricilərdə öz əksini tapır: "Dövlət Sərhəd Xidmətinin fəaliyyəti dövründə Azərbaycan sərhədçiləri tərəfindən 11 min 557 sərhəd pozucusu, 160 min 870 nəfər rejim pozucusu, 40 min 779 nəfər axtarışda olan şəxs saxlanılmış, təxmini dəyəri 196 milyon 815 min 551 manat olan qaçaqmalın, o cümlədən 9 ton 281 kq narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır.
Bu illər ərzində Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən 19 nəfər və əlaqədə şübhəli bilinən 93 nəfər Azərbaycan, 28 nəfər xarici vətəndaş aşkar olunmuş, terrorçuluğa qarşı mübarizə çərçivəsində 98 şəxs saxlanılmış, 409 nəfərin şəxsiyyəti müəyyən edilmişdir. Qanunsuz miqrasiya, qaçaqmalçılıq, o cümlədən narkotik qaçaqmalçılığı ilə məşğul olan 173 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilmişdir. Bu statistik rəqəmlərin arxasında zabit və gizirlərimizin, çavuş və əsgərlərimizin gündəlik fədakar xidməti, göstərdikləri rəşadət və qəhrəmanlıqlar durur".
-
Maraq dünyası11:58Merin başına elə şey düşdü ki... - Video
-
MDB11:28Moskva bu çətin dövrdə Tehranın sadiq dostu olaraq qalır - Putin
-
Yaxın Şərq10:47Atəşkəsi qəbul etmirik! - İran XİN
-
Magazin210:04Məşhur aktyor yatıb ayılmadı
-
Hadisə09:53Hövsanda müəllim əri tərəfindən qətlə yetirildi - Foto
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək


























.jpg)



.jpg)
